EN

“Qarabağ” Çempionlar Liqasında sürpriz edə bilər” – Artim Şakiri

style='margin-bottom:10px;'>

“Benfika” favorit hesab oluna bilər, amma oyun başlayandan sonra hər şey meydanda həll olunacaq. Sanslar bərabərdir - 50/50-ə”.

Bu sözləri QOL.az-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri deyib.

Ağdam klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika”nın qonağı olacaq. 
Makedoniyalı mütəxəssis Ağdam klubunun çətin Portuqaliya səfərindən xalla qayıdacağına inandığını bildirib:
“Benfika” Avropa futbolunun böyük klublarındandır, amma hazırda Çempionlar Liqasının əsas mərhələsində bütün komandalar bir-birinə yaxın səviyyədədir. 

Məncə, “Qarabağ” bu gecə 1 xal qazanacaq. Qollu heç-heçə olacağını düşünürəm. “Qarabağ” səfərdə çox yaxşı çıxış edir. Amma nəzərə almaq lazımdır ki, bu, əvvəlki oyunlardan deyil. Komanda tam gücünü ortaya qoymalıdır”.

2008/09 mövsümündə Qurban Qurbanovun baş məşqçiliyi altında “Qarabağ”da oynayan keçmiş hücumçu sabiq komandasının Çempionlar Liqasında bu mövsüm uğurlu olacağına ümid edir: “Qarabağ” bəzi oyunlarda sürpriz edə bilər. Bəlkə də, “Çelsi” və “Liverpul”a qarşı yox, amma digər komandalarla görüşlərdə yaxşı nəticələr əldə edə biləcəklərinə inanıram.

Bu mərhələdə artıq asan oyun yoxdur. Kağız üzərində favoritlər “Çelsi” və “Liverpul”dur, amma meydanda heç bir komandanın qalib gəlmək zəmanəti olmur”.

A.Şakiri sonda onu da qeyd edib ki, “Qarabağ” mərkəz hücumçusu transfer edə bilsəydi, daha iddialı danışmaq olardı: “Qarabağ”ın bu turnirdə uğur qazanmaq üçün daha səviyyəli bir hücumçuya ehtiyac var idi. Çünki burada rəqiblər ən keyfiyyətli futbolçulardan yığılan komandalardır. Yenə də “Qarabağ”a inanıram və uğurlar arzulayıram”.

Ramiq Ağaməmmədov

Chosen
8
1
teleqraf.com

2Sources