EN

Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsə şərti cəza verildi

Külli miqdarda dələduzluq və sənəd saxtalaşdırılmasında ittiham olunan Ədalət Abdullayevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilən şəxs yeddi il müddətinə azadlıqdan məhrum edilib.
 
Ə.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib. Ona üç il sınaq müddəti olmaqla şərti cəza verilib.
 
İttihama görə, təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi saxtalaşdırıb, qanunsuz hazırlayıb, bilə-bilə saxta sənəddən istifadə etməklə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib və zərərçəkmişə 490 min manat ziyan vurub.
 
Ədalət Abdullayev həbs edilsə də, məhkəmə istintaqı zamanı səhhəti ilə əlaqədar barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Məhkəmə onun əvvəllər məhkum olunmadığını, yaşını, xəstəliyini əsas gətirərək şərti cəza verib. Həmçinin maddi ziyanın ödənilməsi ilə bağlı qərar verilib.
 
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2 ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi ilə ittiham edilib.
Chosen
29
7
moderator.az

9Sources