EN

Əlisəmid Kürün qızı danışdı: Atamın huşu yerindədir, halı da stabildir

Şair Əlisəmid Kür xəstəxanaya yerləşdirilib. Onun səhhətində problemlər yarandığı bildirilir.

Modern.az şairin son durumunu öyrənmək üçün onun qızı ilə əlaqə saxlayıb.

“Son iki ay ərzində atamın səhhətində problemlər yaranmışdı. İlkin mərhələdə problemlər ciddi deyildi. Lakin son bir həftə ərzində vəziyyəti qəfil ağırlaşdı. Atamın huşu yerindədir, halı da stabildir, sadəcə müalicəyə ehtiyac var", - o qeyd edib.

Qızının verdiyi məlumata görə, Əlisəmid Kürün müxtəlif orqanlarına gedən damarlarında tıxanıqlıq müşahidə olunur. "Ümumilikdə qaraciyər və böyrəklərində də problemlər var", -  deyə o bildirib.

O, həmçinin atasının müalicə xərclərinin bir hissəsinin dostları tərəfindən qarşılandığını da qeyd edib:

“Atamın dostları, ailəmiz, qohumlarımız, qardaşım və mən atamın müalicəsi üçün əlimizdən gələni edirik”.

Chosen
6
2
demokrat.az

3Sources