EN

Azərbaycanın dövlət borcu üzrə xidmət xərclərinin 2 dəfəyə yaxın artacağı gözlənilir

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

2026-cı ildə Azərbaycanın dövlət borcunun 1 milyard 647,6 milyon manat artaraq ilin sonunda 27 milyard 51,7 milyon manata çatacağı proqnozlaşdırılır. 

Bu barədə Marja.az 2024-2026-cı illər üzrə dövlət borcu ilə bağlı göstəricilərə istinadən xəbər verir.

2025-ci ilin sonunda isə Azərbaycanın dövlət borcunun 25 milyard 404.1 milyon manat təşkil edəcəyi gözlənilir. 

Dövlət borcu üzrə xidmət xərclərinin 2025-ci ildə 2 milyard 399.6 milyon mnat, 2026-cı ildə 2 milyard 457,6 milyon manat təşkil edəcəyi gözlənilir.  2024-cü ildə dövlət borcu üzrə xidmət xərcləri 1 milyard 295.6 milyon manat təşkil etmişdi. Beləliklə, dövlət borcu üzrə xidmət xərcləri 2026-cı ildə 2024-cü illə müqayisədə 2 dəfəyə yaxın arta bilər. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
marja.az

2Sources