EN

Ukrayna dronları Saratovdakı “Rosneft” zavoduna hücum edib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 16-na keçən gecə Rusiya Silahlı Qüvvələrinin yanacaq ehtiyaclarını təmin edən Saratov neft emalı zavoduna hücum etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Obyekt ətrafında partlayışlar və yanğın qeydə alınıb. Zərərin dəqiq nəticələri müəyyən edilir”, — Baş Qərargahdan bildirilib.

Bildirlir ki, Saratov vilayətinin hakimiyyəti gecə saatlarında bölgədə pilotsuz uçuş aparatlarının hücum təhlükəsinin olduğunu xəbər verib.

Rusiya Müdafiə Nazirliyi isə bölgədə 18 ukraynalı dronun vurulduğunu açıqlayıb. Rosaviatsiya gecə saatlarında Saratov hava limanının fəaliyyətini məhdudlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
6
apa.az

7Sources