EN

Xuan Mata iş yerini dəyişdi

İspaniya millisinin sabiq futbolçusu, "buğalar"ın sıralarında 2010-cu ildə dünya çempionu olmuş Xuan Mata Avstraliyada klubunu dəyişib.

Fanat.Az xəbər verir ki, "Vestern Sidney"lə müqaviləsinin müddəti başa çatan 37 yaşlı yarımmüdafiəçi Avstraliyanın digər klubu "Melburn Viktori"yə keçib.

Bu barədə Melburn təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mata klub tarixində 64 nömrəli formanı geyinən ilk futbolçu olacaq.

Qeyd edək ki, İspaniya yığmasının sabiq üzvü 2024-cü ildən Avstraliya çempionatında çıxış edir.

Chosen
27
fanat.az

1Sources