EN

İtaliyada kanala girən turistə qadağa qoyuldu

Operativ MM portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliyanın Venesiya şəhərində 35 yaşlı bir britaniyalı və onun 25 yaşlı rumıniyalı sevgilisi tarixi Böyük Kanala tullanaraq orada üzmələri səbəbilə şəhər mərkəzinə girişdən məhrum ediliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Cütlük yerli qaydalara əsasən "şəhərin sularında çimərkən uyğunsuz davranışlar sərgiləmək” ittihamı ilə 450 avro cərimələnib.

 Həmçinin onların 48 saat ərzində Venesiya ərazisinə daxil olmaları qadağan edilib.

Rəsmilərin verdiyi məlumata görə, gondolçular tətilin sonunu qeyd edən cütlüyün kanalda üzdüyünü görərək bələdiyyəyə xəbər veriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
1
operativmm.az

2Sources