ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin dövlət katibi Marko Rubio açıqlamasında bildirib ki, Prezident Donald Tramp gələn həftə Nyu-York şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər. Onun sözlərinə görə, görüşün baş tutacağı barədə qəti qərar verilməsə də, bu ehtimal realdır.
Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a bildirib ki, əgər görüş baş tutarsa, müzakirə olunacaq məsələləri proqnozlaşdırmaq çətin deyil:
"Görüşdə əsasən Rusiya-Ukrayna müharibəsi və onun indiki vəziyyəti müzakirə oluna bilər. ABŞ-nin Avropadakı müttəfiqləri Vaşinqtondan Rusiyaya qarşı sanksiyaları artırmağı xahiş və tələb edir. Tramp isə bildirib ki, bunu dəstəkləyir, amma Avropa ölkələri Rusiya ilə bütün əlaqələri, əsasən enerji ticarətini sıfıra endirməlidir.
O qeyd edib ki, belə bir addım Avropa üçün fəlakət ola bilər:
"Eyni zamanda Avropa ölkələri Çin və Hindistana qarşı rüsumları artırmalıdır. Bu, Avropa İttifaqı üçün fəlakət ola bilər, çünki hazırda Avropa İttifaqının Çinlə ticarət dövriyyəsi 800 milyard dollardan çoxdur. Yəni Trampın təzyiqi altında Avropa həm Çinlə, həm də Rusiya ilə ticarəti məhdudlaşdırsa, bu Avropa iqtisadiyyatı və sosial rifahı üçün ciddi risklər yaradar. Ona görə də Rusiya qarşı sanksiyaların genişləndirilməsi məsələsi mürəkkəb düyünə çevrilir”.
Deputat bildirib ki, Ukraynanın böyük həcmdə silah-sursata ehtiyacı var:
"Tramp administrasiyasının mövqeyi isə belədir ki, ABŞ silahları birbaşa Ukraynaya verməyəcək. Həmin silahları Avropa ölkələrinə satacaq və bu dövlətlər özləri həmin silahları Ukraynaya pulsuz təqdim etməlidir. Bu məsələlərin hamısı rəsmi Kiyevi tam qane etmir”.
Şahanə Ziyad
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.