EN

Samvel Şaxramanyan ÇAŞIB: Nazirliyi MƏHKƏMƏYƏ VERDİ

Separatçı tör-töküntülərinin sabiq “lideri” Samvel Şaxramanyan Ermənistan nazirliyini məhkəməyə verib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Samvel Şahramanyan Ermənistanın Təhsil, Mədəniyyət və İdman Nazirliyinə qarşı məhkəməyə müraciət edib. O, 9-cu sinif tarix dərsliyində öz haqqında yer alan məlumatın təkzibini tələb edib.

Söhbət 9-cu sinif dərsliyindən gedir, orada Şahramanyanın “Dağlıq Qarabağ”ın ləğvi ilə bağlı sənəd imzaladığı bildirilir. Vəkil Roman Yeritsyanın məhkəməyə göndərdiyi vəsatətdə belə bir qərarın olmadığı bildirilir.

Xatılrladaq ki, 28 sentyabr 2023-cü ildə qondarma “DQ İnformasiya Qərargahı” “lider” Samvel Şaxramanyanın “Dağlıq Qarabağ Respublikasının ləğvi” haqqında fərman imzaladığı barədə məlumat yayıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
15
interpress.az

1Sources