Madrid "Atletiko"su sabah Çempionlar Liqasında səfərdə "Liverpul"la üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi bu görüşdə Xulian Alvaresdən yararlana bilməyəcək. O, zədəsinə görə komandasına kömək edə bilmir.
Conni Kardozo da argentinalı hücumçu kimi oyunu buraxmalı olacaq.
Qeyd edək ki, qarşılaşma sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.