«Neftçi»nin qarşıdakı günlərdə neçə oyunçu ilə müqavilə imzalayacağı dəqiqləşib.
Bu barədə klubdan redaksiyamıza bildirilib.
Verilən məlumata görə, bütün fikirlər hücum xəttinə yönəlib. Premyer Liqanın ilk dörd turunda cəmi 1 qol vuran «ağ-qaralar» bundan sonra yalnız ön zonaya «əl gəzdirəcək».
Yarımmüdafiə fazasına yeni legionerin cəlb olunması isə qış fasiləsinədək təxirə salınıb.
Saytımıza daxil olan informasiyaya görə, hazırda danışıqlar aparılan legionerlərdən biri karyerasını Azərbaycanda davam etdirməyə okey verib.
Tərəflər əməkhaqqının məbləğini də razılaşdıra bilsə, çox keçmədən bu xəbər ictimaiyyətə açıqlanacaq.
"Neftçi" mövsümlərarası fasilədə 12 nəfərlə münasibətlərini rəsmiləşdirib.
Sessi D’Almeyda (“Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov ("Sumqayıt"), Murad Xaçayev ("Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (“AEK Larnaka”), Freddi Varqas (“Makkabi”dən (İsrail, Netanya icarəyə götürülüb), Cordan Rezabala ("Dorados"), Kristian Kostin (“Dinamo” Buxarest, Rumıniya), Kenan Piriç ("Antalyaspor", Türkiyə), Alessio Kurçi ( “Francs Borains”, Belçika) və Falaye Sako ("Monpelye", Fransa) ilə müqavilə imzalanıb.
SPORTİNFO.AZ