Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürüb.
QOL.az xəbər verir ki, Çempionlar Liqasının "Benfika" - "Qarabağ" matçı ilə yanaşı bu gün adları çəkilən klubların gənclərdən ibarət komandaları (U-19) da üz-üzə gəlir.
Oyun Bakı vaxtı ilə saat 14:00-da Lissabondakı "Kayşa Futeboç Kampuş" arenasında başlayıb.
14:00. "Benfika" U-19 (Portuqaliya) - "Qarabağ" U-19 (Azərbaycan) - 6:0 (Birinci hissə)
Qollar: Miguel Figueiredo 6, Gonsalo Moreira 15, 17, 26, 38-pen., Francisco Silva 20
Qeyd edək ki, "Qarabağ"ın U-19 komandasına veteran futbolçu Rəşad Sadiqov rəhbərlik edir.
Xatırladaq ki, Ağdam təmsilçisinin gənclər komandası yarışın Liqa mərhələsində ümumən 6 oyun keçirəcək.
"Benfika" - "Qarabağ" U-19 komandalarının oyununun keçiriləcəyi "Kayşa Futeboç Kampuş" arenası