EN

Azərbaycanın İslam dünyasında artan nüfuzu: POLİTOLOQ ŞƏRH ETDİ

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Qətərdəki Fövqəladə Ərəb-İslam Sammitində iştirakı, ölkənin ərəb və İslam dünyası ilə əlaqələrini gücləndirmək məqsədini güdür.

Sammitdə iştirak, Azərbaycanın regional məsələlərdə daha fəal rol oynamağa imkan verir.

Bu tədbir, Azərbaycan diplomatiyasının inkişafı baxımından hansı əhəmiyyətə malikdir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Həşim Səhrablı vurğulayıb ki, tədbir hazırkı beynəlxalq situasiya fonunda xüsusi əhəmiyyət kəsb edir:

“İslam dünyasının ümumi təhlükəsizliyini gündəmə gətirir. Düzdür, hazırda İslam dünyasında ümumi birliyi təmin etmək məsələsi fikir və dini görüşlər fərqliliyinə görə mümkün olmasa da, gələcəyin bizə nə gətirəcəyini bilmək mümkün deyil.

Yeni dünyada güc mərkəzlərinin necə formalaşacağı prosesi artıq başlayıb, lakin yekun nəticədən danışmaq hələ tezdir.Bu baxımdan Azərbaycan belə böyük bir dünyada – coğrafi sərhədləri geniş, iqtisadi resursları zəngin olan İslam dünyasında iştirak etməklə öz mövqeyini ortaya qoyur”.

Politoluqun fikrincə, Azərbaycanın tədbirdə iştirakı, öz düşüncələrini paylaşması və ya paylaşılan fikirlərə ortaq olması ölkəmizin İslam dünyasında artan nüfuzunun daha da güclənməsinə təsir göstərəcək.

“Bu isə zamanla Azərbaycanın Şərq və Qərb arasında körpü rolunu artırmaqla yanaşı, İslam dünyası ilə də iqtisadi, siyasi və diplomatik əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək”-deyə o əlavə edib.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
icma.az

1Sources