EN

Rusiya hərbi bazasında partlayış: ölən var VİDEO

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın Primorskiy vilayətində, Şitovaya kəndi yaxınlığında yerləşən hərbi bazada baş verən partlayışlar nəticəsində rus hərbçiləri arasında itkilər var.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Qeyd edilib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat İdarəsi bu partlayışların onların xüsusi əməliyyatları olduğunu bildirib.

“UNIAN“ın mənbələrinin verdiyi məlumata görə, partlayış baş verən bazada 47-ci desant-təxribat batalyonu, 155-ci mühafizə briqadasının dəniz piyadalarından ibarət bölməsi yerləşir.

Bu bölmə Kiyev, Uqledar, Mariupol, Kursk və Pokrovski istiqamətlərində döyüşlərdə iştirak edib. Rusiya 155-ci briqadası yerli əhaliyə qarşı xüsusi qəddarlıq və ukraynalı əsirlərin edamları ilə fərqlənib.

Məlumatda hadisə yerinə çox sayda təcili yardım maşını və xüsusi xidmət əməkdaşlarının gəldiyi, hətta helikopterin qaldırıldığı qeyd olunur və bu da hərbçilər arasında ölən və yaralananlar olduğuna dəlalət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
10
globalinfo.az

10Sources