EN

“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti ucqar kəndlərdə yaşayan məktəblilərin təhsil və inkişafına töhfə vermək, eləcə də uzunmüddətli qardaşlıq bağları qurmaq məqsədilə başlatdığı “Xoşbəxtlik Çantası” adlı layihənin üçüncü mərhələsini uğurla həyata keçirib.

"Unikal" xəbər verir ki, bu dəfə “qardaş məktəb” çərçivəsində Qubanın ucqar dağ kəndləri – Qriz, Qalaxudat və Əlik məktəblərinə səfər təşkil olunub. Layihənin əsas məqsədi həmin kəndlərdə yaşayan şagirdlərə Bilik Günü münasibətilə dəstək göstərmək və onlara unudulmaz anlar yaşatmaq olub. Tədbir çərçivəsində uşaqlara xüsusi hazırlanmış məktəb çantaları, məktəb ləvazimatları, ayaqqabılar, məktəbli formaları və oyun dəstləri təqdim edilib. Şirkətə məxsus markaların sürpriz hədiyyələri isə şagirdlərin üzündə böyük təbəssüm yaradıb.

Qeyd edək ki, layihənin birinci mərhələsi bu ilin 18 aprel tarixində baş tutub. Həmin gün şirkət daxilində təşkil olunan xeyriyyə yarmarkasında əməkdaşların hazırladığı əl işləri satışa çıxarılıb və toplanan vəsaitin məktəblilərə dəstək məqsədilə istifadə olunması nəzərdə tutulub.

Layihənin ikinci mərhələsində isə “Veysəloğlu Distribusiya” şirkətinin əməkdaşları hədiyyələrin təqdim edildiyi Qubanın Qriz, Qalaxudat və Əlik kəndlərinə səfər edərək, uşaqlarla görüşmüş, onların arzularını dinləmişdilər. Bununla da qardaşlıq bağlarının təməli qoyulmuşdu.

“Veysəloğlu Distribusiya” şirkəti bu təşəbbüsü növbəti mərhələlərdə də davam etdirərək, uşaqların təhsilinə və inkişafına dəstək olmağı qarşısına məqsəd qoyub.

Chosen
11
22
unikal.az

10Sources