EN

Tramp “The New York Times”a qarşı 15 milyard dollarlıq iddia qaldırdı

ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq böhtan iddiası qaldırıb.

Doğru.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social səhifəsində açıqlama verib: “Bu gün mən The New York Times-a qarşı 15 milyard dollarlıq böhtan və böhtan iddiası verməkdən böyük şərəf duyuram”.

Amerika lideri sözügedən mətbuatı “ölkənin ən pis qəzetlərindən biri” və “radikal solçu Demokratik Partiyanın ruporu” adlandırıb.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp ABŞ-ın ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğv edilməsini dəstəklədiyini bəyan etmişdi.

DOĞRU.AZ

Chosen
17
dogru.az

1Sources