EN

Dosentdən Emin Əmrullayevə CAVAB… “Pis dərslik yoxdur, naşı məmur var”

Təhsil eksperti, dosent İlham Əhmədov Elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərlə bağlı fikirlərinə münasibət bildirib.

Tribunainfo.az-ın xəbərinə görə, nazirin “Dərsliklərimiz beynəlxalq standartlara uyğun deyil” sözlərini misal çəkən dosent bildirib ki, buna səbəb dərslik siyasətimizin, təhsil siyasətimizin və təhsil menecerlərimizin beynəlxalq standartlara uyğun olmamasıdır:
“Pis dərslik, pis müəllif, pis müəllim yoxdur. Pis təhsil sistemi, pis təhsil siyasəti və naşı məmurlar var.

Beynəlxalq standartlardan söz düşmüşkən: Təhsilin bütün pillərində və bütün proseslərində (o cümlədən dərslik siyasətində), Universitet və Elmi tədqiqat institutlarında işin səmərəsini yüksəltmək üçün hökmən Beynəlxalq Keyfiyyət Standartlarına (İSO: 9001) uyğun olaraq “Keyfiyyətin Menecmenti Sistemi” (TQMS) qurulmalıdır. Bütün proseslər düzgün qurularsa, hər prosesin keyfiyyətinə daxili və xarici nəzarət imkanı yaranarsa, onda yaxşı nəticə almaq şansı da yaranar. Bu həm də Boloniya prosesinin əsas tələbidir.
Bir çox elm və təhsil müəssisələrinin fəaliyyəti hələ də sistemli deyil”.
Chosen
5
1
yenilik.az

2Sources