EN

Nilperidən intihar iddiaları ilə bağlı açıqlama

Türk aktrisa Nilperi Şahinkaya haqqında yayılan intihar xəbərləri ilə bağlı açıqlama verib.

OLAY yazır ki, sənətçi jurnalistlərin bu məsələ ilə bağlı suallarını cavablandırarkən bunları söyləyib:

“Həyatımda ilk dəfədir ki bu qədər dərin bir itki yaşayırdım. Təəssüf ki, bəzən insan itkinin ağrısı ilə özünü itirə bilir. Toparlanmağa çalışıram. Heç vaxt intihara cəhd  etməmişəm. Hazırda psixoloji dəstək alıram”.

Qeyd edək ki, Nilperinin anasının vəfatından bir neçə gün sonra paylaşdığı vida mesajı intihara cəhd etdiyi ilə bağlı xəbərlərin yayılmasına səbəb olmuşdu.

Chosen
24
olay.az

1Sources