Öskürək, bədəninizi yad maddələrdən və mikroblardan qoruyan təbii refleksdir.
E-saglam.az xəbər verir ki, quru və ya nəm, məhsuldar və ya məhsuldar olmayan öskürək müxtəlif səbəblərdən yarana bilər və əksər hallarda ciddi təhlükə daşımır. Bədəndə yaranan öskürək müəyyən səbəblərdən doğa bilər.
Mümkün səbəblər:
Turşu reflü (GERD)
Allergiya (polen, ev heyvanı kəpəyi, küf)
Astma
Soyuqdəymə, qrip, boğmaca, bronxit və pnevmoniya kimi infeksiyalar
Siqaret tüstüsü, toz və güclü qoxular
Komplikasiyalar:Həddindən artıq öskürək astma hücumlarına, nəfəs darlığına, boğulma, baş və əzələ ağrılarına səbəb ola bilər.
Müalicə və qayğı:
Reçetesiz öskürək damcıları, boğaz pastilləri və spreylər
Dekstrometorfan kimi öskürək basdırıcıları
Bəlkələndiricilər (guaifenesin)
Bal (1 yaşdan böyük uşaqlar üçün)
Nəmləndirici və buxarlı duşlar, kifayət qədər su içmək
Siqaret və qıcıqlandırıcı maddələrdən uzaq durmaq
Həkimə nə vaxt müraciət etməli:
Bir neçə həftədən çox davam edən və ya pisləşən öskürək
Qanlı, sarı və ya yaşıl selikli öskürək
Boğulma və ya nəfəs almaqda çətinlik
Şiddətli sinə ağrısı
Tərcümə: Nəzrin Abbas
E-saglam.az