EN

Rusiya Pokrovsk istiqamətində həlledici hücuma hazırlaşır

Donetsk vilayətinin Pokrovsk şəhəri möhkəmləndirilmiş müdafiə istehkamına çevrilib və Ukrayna hərbçiləri onun ələ keçirilməsinin qarşısını almaq üçün bütün imkanlardan istifadə edirlər.

Editor.az xəbər verir ki, bu barədə Forbes məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya qoşunları şəhəri ələ keçirmək məqsədilə həlledici hücuma hazırlaşaraq bölgəyə əlavə qüvvələr cəmləşdirir.

Xatırladaq ki, sentyabrın əvvəlində Ukrayna Prezidenti Vladimir Zelenski bildirmişdi: Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə söhbətində Donbası “iki-üç ay, maksimum dörd ay ərzində” tam nəzarətə götürmək niyyətində olduğunu deyib.

//Samir Qurbanov, Editor.az

Chosen
4
editor.az

1Sources