EN

Cəlilabadda məktəbli sinif yoldaşı tərəfindən qətlə yetirilib

Cəlilabadda
Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib. 1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində baş verib. Məktəbdə sinif yoldaşları arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. O, xəstəxanada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
16
25
1news.az

10Sources