Bu gün Cəlilabad rayonunun Xəlilabad kəndində yeniyetmələr arasında münaqişə baş verib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.
Bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.