EN

Fotofiniş tarixdə ilk dəfə dünya çempionunu müəyyən edib

Tarixdə ilk dəfə olaraq atletika üzrə dünya çempionatında marafonun qalibini müəyyən etmək üçün fotofinişdən istifadə olunub.

"RBC" nəşrinin məlumatına görə, Tokioda keçirilən turnirdə dünya çempionu Alfons Feliks Simbu (Tanzaniya) və gümüş mükafatçı Amanal Petros 42.195 km məsafəni eyni nəticə ilə 2 saat 9 dəqiqə 48 saniyəyə qət ediblər. Bürünc medalçı İliass Aouani (İtaliya) 2 saat 9 dəqiqə 53 saniyə ilə onlardan bir qədər geri qalıb.

Fotofiniş, demək olar ki, startdan finiş xəttinə qədər öndə olan Simbu ilə Petros arasında 0.03 saniyəlik fərqi qeydə alıb. Bu, Tokioda keçirilən dünya çempionatında çempionla mükafatçı arasında ən kiçik fərqdir. Beləliklə, Simbu Tanzaniyaya atletika üzrə dünya çempionatından ilk qızılını gətirib.

Ü.Qarayev
XQ

Chosen
7
2
xalqqazeti.az

3Sources