EN

Aİ Gürcüstana qarşı sanksiya tətbiqi və vizasız rejimin dayandırılmasını PLANLAŞDIRIR

Avropa Komissiyası Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi və vizasız rejimin dayandırılması imkanlarını öyrənir.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirib.

O deyib ki, Aİ Gürcüstan hakimiyyətinə qarşı sanksiya tətbiqini və vizasız rejimin dayandırılmasını nəzərdən keçirir.

Hipper əlavə edib ki, Aİ Gürcüstanla siyasi əlaqələri azaldıb, maliyyə yardımlarını dayandırıb və vətəndaş cəmiyyətinə dəstəyini artırıb.

Bu addımlar hakimiyyətin etiraz aksiyalarını yatızdırılması fonunda müzakirə olunur.

Xuraman Etibarlı

İnterpress.az

 

 

Chosen
21
interpress.az

1Sources