Özbəkistan sənayesi tarixində ilk dəfə olaraq Üstyurt yaylasında 6,5 min metr dərinliyində quyu qazılıb və işlər nəticəsində böyük qaz ehtiyatları aşkar edilib.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.
"Ölkəmizdə böyük faydalı qazıntı ehtiyatları var. Əvvəllər neft və qaz sektorunda axtarış işləri yalnız 2,5-3 min metr dərinlikdə aparılırdı. Bu il ilk dəfə olaraq Üstyurtda 6,5 min metr dərinliyində quyu qazdıq və çox böyük qaz ehtiyatları aşkar etdik", - o vurğulayıb.