EN

Rusiya səfiri Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya səfiri Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin Polşada baş verən pilotsuz təyyarə insidentinə görə Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Rusiya diplomatik missiyası məlumat yayıb.

“Sentyabrın 15-də Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin Polşanın hava məkanının Rusiya PUA-ları tərəfindən qəsdən pozulması iddiası ilə əlaqədar Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb”, – Telegram kanalında yerləşdirilən mesajda deyilir.

Rusiya səfiri Danimarka Xarici İşlər Nazirliyinin dövlət katibi L.Makonun diqqətini Rusiya Müdafiə Nazirliyinin Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmağa hazır olmasına cəlb edib, mesajda vurğulanır.

Chosen
23
ikisahil.az

1Sources