EN

Cəlilabadda məktəbdə bıçaqlanma: 11-ci sinif şagirdi qətlə yetirilib

CƏLİLABAD, 16 sentyabr. TELEQRAF

Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbində bıçaqlanma hadisəsi olub, 11-ci sinif şagirdi ölüb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, 16 yaşlı Kənan İmzanzadə ilə sinif yoldaşı arasında mübahisə baş verib, sonuncu bıçağa əl atıb.

Yaralı məktəbli xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, K.İmzanzadə ürək nahiyəsindən aldığı bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verdiyi ilə bağlı araşdırmalar aparılır.

Chosen
25
teleqraf.com

1Sources