EN

Özbəkistanda yeni qaz yatağı aşkarlanıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Özbəkistanda yerin 6,5 min metr dərinliyində böyük qaz yatağı aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə axşamı günü yerli mətbuat Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Bundan bir gün əvvəl isə Prezidenti Şavkat Mirziyoyev müvafiq bəyanatla çıxış edib.

“Əvvəllər neft-qaz sektorunda kəşfiyyat işləri yalnız 2,5-3 min metr dərinlikdə aparılırdı. Bu il mədən sənayemiz tarixində ilk dəfə olaraq Ustyurtda 6,5 min metr qazma işləri aparılıb və çox böyük qaz yatağı aşkarlanıb”, - deyə dövlət başçısı bildirib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, dünyadakı volfram, molibden, sink və titan ehtiyatlarının 10-15 faizi bu regionun payına düşür. Bu nəhəng ehtiyatları yüksək əlavə dəyərli məhsullara çevirmək üçün elm, bilik və innovasiyalar vacibdir.

 

 

Chosen
24
2
azertag.az

3Sources