EN

Pakistanda IPC ilə Türkmənistan arasında müzakirə aparıldı

BAKI, 16 sentyabr. TELEQRAF

Türkmənistanın Pakistandakı səfiri Atacan Mövlamov Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, pakistanlı senator Sitara Ayaz ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və davamlı dialoq kanallarının yaradılması məsələlərini müzakirə ediblər. Qanunverici orqanların nümayəndələrinin mütəmadi təmaslarının və səfərlərinin vacibliyi vurğulanıb.

İştirakçılar parlamentlərarası əlaqələrin inkişafının regional və beynəlxalq səviyyədə əməkdaşlığın möhkəmləndirilməsi üçün əsas olacağına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, Beynəlxalq Parlamentarilər Konqresinin (IPC) təsisçisi Pakistandır. Qurumun mərkəzi qərargahı İslamabadda yerləşir. 2019-cu ildə Pakistan Senatının təşəbbüsü ilə yaradılıb. Təşkilata 61 ölkə üzvdür.

Chosen
52
teleqraf.com

1Sources