Vyetnamda 14,000 il əvvəl insan cəsədinin tütsülənərək mumiyalaşdırılması ən qədim nümunə olaraq tapılıb.
Bizim.Media xəbər verir ki, insan cəsədinin tütsülənərək mumiyalaşdırılmasının ən qədim nümunəsi Şimali Vyetnamda aşkar edilib. Tədqiqat nəticəsində doqquz fərqli bölgənin sümüklərində tütsüləmə izləri müəyyən olunub. Ən qədim nümunə Vyetnamın şimalında tapılan bir qol sümüyünə məxsusdur. Digər nümunələr isə 12,000 ilə 4,000 il əvvələ aid qəbirlərdə qeydə alınıb.
Mumiyalama ənənəsi Papuda Yeni Qvineydə hələ də tətbiq olunur, tarixi isə Çilinin şimalındakı Çinçorro mədəniyyətində 7,000 il əvvəl və qədim Misirdə isə təxminən 4,500 il əvvəl başlayıb.
Avstraliya Milli Universitetinin baş elmi işçisi, tədqiqatın aparıcı müəllifi Dr. Hsiao-chun Hungun sözlərinə görə, tütsüləmə üsulu Cənubi Çin və Cənub-Şərqi Asiyada neolitdən əvvəlki mədəniyyətlərdə texnikalar, ənənələr və inanclar arasında dərin qarşılıqlı əlaqəni göstərir.
Dr. Hung bu qədim tətbiqin "sadəcə dərin sevgi və mənəvi sədaqətlə" minilliklər boyu davam etdirildiyini vurğulayıb.
Mumiyalama üsulunda ölülər aşağı temperaturda alovun tüstüsü üzərində qurudulurdu və daha sonra məzara aparılırdı.
Elcan Bəşirli, Bizim.Media