EN

"Qarabağ" buna görə nisbətən zəifləyir" - XƏBƏRDARLIQ!

"Qarabağ" 4-cü turda ikinci dəfə büdrədi.

Komanda bu dəfə "Zirə"yə məğlubiyyətdən son dəqiqələrdə xilas ola bildi - 1:1.

Görünür komandanın Çempionlar Liqasını düşünməsi liqada gücünə qənaət etməsinə səbəb olur.

Təbii ki, belədə xalların itirilməsi qaçınılmaz olur.

Belə məqamda digər rəqiblərin çempion olmaq şansları bir xeyli artmış olur.

Maraqlıdır, gedişat "Qarabağ"ın taxtdan düşməsinə yola aça bilər?

Futbol mütəxəssisi Aslan Kərimov Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq bunları dedi:

"Futbol ictimaiyyətində də bu müzakirələr dolaşır. "Qarabağ" həqiqətən də iki cəbhədə mübarizə apardığı üçün gücü nisbətən zəifləyir. İstər-istəməz baş məşqçi komandanın özəyini Çempionlar Liqasının görüşlərinə hazırlamaq məcburiyyətdədir.

Belədə "Qarabağ"ın sürəti, meydançada alışdığımız kəsəri azalmış olur. Əslində bu yenilik deyil. Son mövsümlərdə bunu görürük. Nəzərə alaq ki, rəqiblər də daha çox güclənə bilib. Daha çox legioner heyətə cəlb etməklə. Aşağı-yuxarı hətta aşağı sıralarda yer alan rəqiblər belə heyətini optimallaşdıra biliblər.

Bu məqam da "Qarabağ"ın az şans alan oyunçularına qarşı əlavə təzyiqdir. Əbəs deyil ki, bəzi oyunlarda bunun öhdəsindən gələ bilmirlər. Amma uzun müddətə baxası olsaq, bu problem qışa qədər davam edə bilər. "Qarabağ" ondan sonra relsə düşdükləri halda onlarla rəqabət aparmaq çətinləşir.

Qış fasiləsinə kimi də ciddi sıxıntı olacağını düşünmürəm. "Qarabağ"dan xal alan rəqiblər digər görüşlərdə xallar itirir.

Yəni "Qarabağ"ın rəqiblərinin də rəqibləri var. Təkcə "Qarabağ"la görüşün nəticələri həlledici deyil. Mənə elə gəlir ki, istənilən halda mövsümün ikinci yarısında "Qarabağ" lazım olan xalllarını yığaraq rəqiblərindən uzaqlaşacaq"

XANOĞLAN

Chosen
8
sportinfo.az

1Sources