EN

“Qarabağ”ın gəncləri “Benfika”ya böyük hesabla uduzdu

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürüb.

Bakupost.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın U-19 komandası Portuqaliya “Benfika”sının müvafiq yaş qrupundan ibarət klubunun qonağı olub.

Lissabondakı "Benfika Kampus” kompleksinin stadionunda təşkil olunan görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 7:1.

“Qartallar”ın heyətində Daniel Qonçalo 4, Miqel Fiqeyredo, Françisko Silva və Stefan bir qol müəllifi olublar.

Ağdam təmsilçisindən yeganə qolu 85-ci dəqiqədə Əli Qazibəyov vurub.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası növbəti oyununu Danimarkanın “Kopenhagen” klubuna qarşı keçirəcək. Oktyabrın 1-də reallaşacaq görüş Bakıda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
4
www.bakupost.az

5Sources