EN

Yanvar-avqust aylarında MDB ölkələri ilə ticarət dövriyyəsi 5 milyard dolları ötüb

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 19,4 faiz artaraq 5 milyard dolları ötüb.

Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Azərbaycandan MDB ölkələrinə ixrac 1,18 milyard dollar təşkil edərək 7,3 faiz artıb.

Eyni zamanda MDB ölkələrindən Azərbaycana idxal 23,7 faiz çoxalaraq 3,83 milyard dollara çatıb.

Cari ilin ilk 8 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 15,65 faiz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz bəndi yüksəkdir.

Chosen
15
1
operativmedia.az

3Sources