EN

Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsi başladı

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən bildirilib.

Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Chosen
32
20
modern.az

10Sources