EN

“Qarabağ”ın U-19 komandası UEFA yarışında ağır məğlubiyyətə uğradı

style='margin-bottom:10px;'>

Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürüb.

QOL.az xəbər verir ki, Çempionlar Liqasının "Benfika" - "Qarabağ" matçı ilə yanaşı bu gün adları çəkilən klubların gənclərdən ibarət komandaları (U-19) da üz-üzə gəlib. Lissabondakı "Kayşa Futeboç Kampuş" arenasındakı görüşdə Portuqaliya təmsilçisi 7:1 hesablı qələbə qazanıb.

 "Qarabağ"ın U-19 komandasına veteran futbolçu Rəşad Sadiqov rəhbərlik edir.

14:00. "Benfika" U-19 (Portuqaliya) - "Qarabağ" U-19 (Azərbaycan) - 7:1 

Qollar: Miguel Figueiredo 6, Qonsalo Moreyra 15, 17, 26, 38-pen., Sousa Silva 20, Stevan, 61 - Əli Qazıbəyov, 85

Xatırladaq ki, Ağdam təmsilçisinin gənclər komandası yarışın Liqa mərhələsində ümumən 6 oyun keçirəcək.

Chosen
20
6
teleqraf.com

10Sources