EN

Kiyevin əli Vladivostoka da çatır VİDEO

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az xəbər verir ki, BKİ-dəki mənəbəyə istinad edən Ukrayna KİV-ləri belə məlumat yayıblar. Mənbənin iddiasına görə, əməliyyat Primorsk diyarının Vladivostok şəhərinin ətrafındakı Şitovaya kəndi ərazisində həyata keçirilib. Burada o cümlədən, 155-ci xüsusi mühafizəçilər dəniz piyada briqadasının 47-ci hava desant-hücum batalyonu yerləşir. “Yerli vaxtla çərşənbə axşamı səhər saatlarında hərbi hissənin dayanacağında iki partlayış baş verib. Nəticədə sayı dəqiqləşdirilməyən hərbçilər arasında ölən və yaralananların olduğu iddia edilir”, - mənbə deyib. “Vladivostok Online” nəşrinin yazdığına görə, Şitovaya körfəzi ərazisində yol polisi əməkdaşları, Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları və hərbçilər “sənədləri yoxlamaq üçün demək olar ki, hər avtomobili saxlayırlar”. - Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, nəqliyyatın hərəkəti qismən bağlanıb. Partlayış nəticəsində insan tələfatı olmayıb, avtomobillərə cüzi ziyan dəyib. Hazırda ictimai təhlükəsizliyə heç bir təhlükə yoxdur”, - yerli hökumətin bəyanatında bildirilir. “Moskow Times” nəşri xatırladır ki, oxşar hadisə bu ilin may ayında Vladivostok yaxınlığındakı Desantnaya körfəzi ərazisində yaşanıb. Burada gəmilərə hərbi texnika yüklənir. Baş vermiş iki partlayışdan sonra ərazi Rusiyanın təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən tez bir zamanda mühasirəyə alınmışdı. Bundan əlavə, nəşr “The Washington Post (WP)” qəzetinə istinadən Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyanın Sakit Okean Donanmasına qarşı əməliyyat planlaşdırdığın da xatırladıb. Xüsusilə, söhbət Rusiya gəmilərinə hücum etmək üçün dəniz qüvvələrinə məxsus PUA-ların Uzaq Şərqə ötürülməsindən gedir. Belə dronlardan artıq Rusiya donanmasını Krımdakı bazasından sıxışdırıb çıxarmaq üçün istifadə olunub.

pic.twitter.com/GxzaKeMMFt

— Newsfeed (@Newsfeed883920) September 16, 2025

Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
1
azvision.az

2Sources