2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 566,8 milyon manatının və yaxud 6,7 %-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29,05 % çoxdur.