EN

TƏBİB: ““Medizin Reklam Agentliyi” MMC ilə heç bir müqavilə və ya Anlaşma Memorandumu imzalanmayıb”

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Tibbi Əraziləri Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gununsesi.info-nun “Əvvəl müqavilə, ödəniş, sonra… – TƏBİB-in xəstəxanalarına müraciət edən firmalara şərt qoyuldu”  başlıqlı xəbərinə dair sorğusunu cavablandırıb.

Qeyd edək ki, həmin məlumatda 01 avqust 2025-ci ildən etibarən TƏBİB-in tabeliyində fəaliyyət göstərən bütün dövlət tibb müəssisələrinin inzibati ərazilərində reklam hüququ eksklüziv olaraq yalnız “Medizin Reklam Agentliyi” MMC tərəfindən icra ediləcəyindən söhbət gedir.

Belə ki, adıçəkilən MMC-nin direktoru Elmir İbadovun adından yayılan məlumatda  qeyd edilir ki,  bundan sonra fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar yalnız “Medizin Reklam Agentliyi” MMC ilə müqavilə bağladıqdan sonra tibb müəssisələrinin inzibati ərazisində reklam və tanıtım fəaliyyəti göstərə bilərlər.

Ancaq TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Zamirə Adilova Gununsesi.info-ya deyib ki, “Medizin Reklam Agentliyi” MMC ilə heç bir müqavilə və ya Anlaşma Memorandumu imzalanmayıb.

“Bu şirkət TƏBİB-in rəsmi tərəfdaşı deyil. TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin inzibati ərazilərində reklam və tanıtım fəaliyyəti hazırda mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə, müvafiq dövlət orqanlarının təsdiq etdiyi qaydalar əsasında həyata keçirilir. Hər hansı fiziki və hüquqi şəxsin reklam fəaliyyəti ilə bağlı ayrıca ödəniş tələb etməsi, bunu TƏBİB adından legitimləşdirməsi tamamilə əsassızdır. TƏBİB olaraq bildiririk ki, bu cür qeyri-rəsmi müraciətlər və ya məktublar hüquqi qüvvəyə malik deyil”.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
icma.az

1Sources