EN

Amerika şirkətinin Azərbaycandakı filialı 9 milyonluq tenderi uddu

İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC iri məbləğli müsabiqənin nəticəsini açıqlayıb.

FED.az xəbər verir ki, müsabiqə bir mənbədən satınalma metodu ilə keçirilib. Qalib “Mckinsey and Company (Azerbaijan), inc” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1701840751) olub. Qalib şirkətlə 9 milyon 600 min manat dəyərində müqavilə bağlanıb.

Müqavilədən “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə hüquqi çərçivənin təkmilləşdirilməsi, “Dəniz suyunun duzsuzlaşdırılması”, “Yaşıl sənaye zonasının yaradılması”, “İnvestisiyaların sürətləndirilməsi çərçivəsinin hazırlanması”, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın hazırlanmasına dəstək layihələri üzrə məsləhətçi xidmətlərinin satınalması nəzərdə tutulsun.

Chosen
14
fed.az

1Sources