EN

Fuad fərdi çalışmalarla kifayətlənir, Rövlan isə - SON DURUM

"Zirə"nin zədəli futbolçularının - yarımmüdafiəçi Rövlan Muradovla müdafiəçi Fuad Bayramovun son durumu bəllidir.

"Qartallar"ın mətbuat katibi Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, onlardan birinin növbəti turda "Şamaxı"ya qarşı ev oyununda iştirak etmək ehtimalı da yüksəkdir:

"Rövlan artıq zədə problemini geridə qoyub və kollektiv məşqlərə qatılır. Onun "Şamaxı"ya qarşı oynayıb-oynamayacağı təbii ki, baş məşqçinin qərarından asılıdır. Fuada isə hazırda fərdi çalışmalarla kifayətlənir".

Qeyd edək ki, "Zirə" - "Şamaxı" matçı sentyabrın 19-da keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.

Nihat 

Chosen
59
1
fanat.az

2Sources