EN

Xəzərdəki problemlə bağlı qərargah yaradıldı

Qazaxıstanın Kurmanqazı rayonunda fövqəladə vəziyyət elan edilib. 

"Unikal" xəbər verir ki, fövqəladə vəziyyətin elan edilməsinə səbəb rayonda hidroloji vəziyyətin pisləşməsi, xüsusən də Kiqaş və Şora çaylarının, onların məcralarının, eləcə də Xəzər dənizinin dayazlaşması olub.

Bununla bağlı Kurmanqazı rayon administrasiyası yanında fövqəladə halların aradan qaldırılması üzrə qərargah yaradılıb. 

Tədbirlər planı təsdiq edilib, fövqəladə halın aradan qaldırılması üçün lazım olan texniki və büdcə vəsaitlərinin hesablanması istiqamətində işlər aparılır.

Kiqaş və Şora çaylarının kanallarında, eləcə də Xəzər dənizində kanalların dərinləşdirilməsi planlaşdırılır.

Ağarza Elçinoğlu 

Chosen
13
3
unikal.az

5Sources