Bakı. Trend:
Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanvə kriminal həyat tərzini təbliğ edən şəxs saxlanılıb.
Trendxəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləriəməliyyat nəticəsində qeyd edilən hüquqazidd əməlləri törətməkdəşübhəli bilinən əvvəllər məhkum olunmuş, 40 yaşlı İmadi Abduləzimovsaxlanılıb.
Qeyd edilən faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsininmüvafiq maddəsi ilə cinayət işi başlanılıb, İ.Abduləzimov barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.