EN

KİV: Suriya ABŞ ın təzyiqi ilə İsraillə danışıqlar prosesini sürətləndirir

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Suriya ABŞ-ın təzyiqi altında İsraillə təhlükəsizlik paktı imzalamaq üçün danışıqları sürətləndirir.

APA xəbər verir ki, bu barədə “Reuters” danışıqlar barədə məlumatı olan mənbələrə istinadən yazı dərc edib.

Qeyd olunub ki, rəsmi Dəməşq İsrailin tutduğu Suriya ərazilərini geri qaytaracağına ümid edir.

Mənbələrin fikrincə, hətta ən kiçik bir razılaşma belə böyük nailiyyət olar.

Çünki İsrail öz mövqeyində israr edir və məzhəb müharibəsi Suriyanı zəiflədib.

Mənbələr Suriyanın İsraillə 1974-cü ildə atəşkəs razılaşmasında nəzərdə tutulduğu kimi bufer zona yaratmağın tərəfdarı olduğunu və İsrailin Suriyaya yeni hücumlarının qarşısını almaq istədiyini xəbər verir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
6
apa.az

7Sources