EN

Nigar Köçərli: "Kitablarımızı müsadirə edib, qaytarmırlar"

"İngiltərədən özəl sifariş olaraq 1 000 manat dəyərində kitablar gətirmişəm, sertifikat adı ilə 1 900 manat pul ödədiyim halda 500 manat dəyərində olan ən bahalı kitabları "ekspertiza" adı ilə "müsadirə" ediblər və qayrtarmırlar".

Far.Az xəbər verir ki, bu barədə sahibkar Nigar Köçərli özünün sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, müştəri də öz kitablarını tələb etdiyi halda sifarişi icra edə bilmir.

"Yalnız son ay ərzində bu mərkəzə görə bizə 2 600 manat ziyan dəyib, çünki sertifikatlarla qarışıq yaradıb gömrük işlərimizi yubadırlar, gömrük də bizdən saxlama pulunu artıqlaması ilə alır. Üstəlik, heç kəsə lazım olmayan sertifikatlara 3 100 manat ödəmişik! Üstəlik, bir çox kitabı da "müsadirə" ediblər", - deyə N.Köçərli yazıb.

Respublika Sanitariya-Karantin Mərkəzindən Oxu.Az-ın sorğusuna əsasən verilən məlumata görə, Səhiyyə Nazirliyi "Respublika Sanitariya-Karantin Mərkəzi" publik hüquqi şəxs idxalçının müraciətinə əsasən, ölkəyə idxal olunan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsullarının ekspertizasını keçirir, onların laborator müayinələrini aparır, müayinə nəticələri sanitariya-gigiyena norma və tələblərinə cavab verdiyi təqdirdə onların gigiyenik sertifikatlaşdırılmasını həyata keçirir.

"Ali və Nino Yayım" MMC tərəfindən respublikaya idxal edilmiş poliqrafiya məhsullarına gigiyenik sertifikatın verilməsi üçün mərkəzə 09.02.2025-ci il, 03.09.2025-ci il, 04.09.2025-ci il, 11.09.2025-ci il tarixli müraciətlər daxil olub.

İdxal edilmiş məhsullardan nümunələr götürülməklə laborator müayinəyə cəlb edilib.

Laborator test və ya sınaq məqsədilə götürülmüş məhsul nümunəsi aparılmış laborator analizlərdən sonra fiziki-kimyəvi, toksikoloji və mikrobioloji çirklənməyə məruz qalmaqla orijinal fiziki və kimyəvi xüsusiyyətlərini itirdiyi üçün istifadəyə yararsız hesab olunur və onun dərhal zərərsizləşdirilməsi tələb olunur.

AZS ISO/IEC 17025:2020 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartının imperativ göstərişlərinə uyğun olaraq, laboratoriyada sınaq nümunələrinin saxlanması, müəyyən müddət qorunması və məhv edilməsi ilə bağlı prosedurlar olmalıdır. Nümunənin çirklənməsi və ya ilkin vəziyyətinin dəyişməsi zamanı sözügedən nümunə müştəriyə qaytarılmamalıdır", - deyə məlumatda bildirilir.

Chosen
37
9
far.az

10Sources