“Dünyada heç kim İsrailin nə istədiyini başa düşmür. Strategiya nədir? Son mənzərə necədir? Qaçırılanları necə geri qaytarırıq? Müharibəyə necə son qoyuruq?”,- Yair Lapid “Ynet” nəşrinə müsahibəsində deyib.
Siyasətçi bildirib ki, Qəzzaya hücum qərarı verən İsrailin baş naziri Binyamin Netanyahu “diletant kimi, səliqəsiz və təkəbbürlü” hərəkət edir, sonra isə“İsrailə qarşı beynəlxalq təcrid var”ifadəsini qışqırır.
![]() |
İsrail Qəzzada hücuma başlayıb| VİDEO |
- Ən ehtiyatlı hesbalamalar bunun 2026-cı ilə qədər davam edəcəyini göstərir. Onların planı nədir? Biz Qəzzada əbədi döyüşəcəyikmi? Bunun heç bir mənası yoxdur. İşlədiyim bütün illər ərzində heç vaxt siyasi məqsədi olmayan hərbi əməliyyat barədə eşitməmişəm”, - Yair Lapid vurğulayıb.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin Müdafiə naziri ÇAXAL-ın Qəzzaya hücuma başladığı barədə social şəbəkələrdə paylaşım edib.
Bir qədər sonra İsrailin baş naziri Binyamin Netanyahu korrupsiya məhkəməsində ifadə verməzdən əvvəl HƏMAS-ı məğlub etmək üçün Qəzza şəhərinə hücumun başladığını təsdiqləyib.
Sahil İsgəndərov
AzVision.az