EN

Yair Lapid: “Qəzzada əbədi döyüşməliyik?”

ain.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, müxalifət liderinin fikrincə, bu əməliyyat mənasız görünür və İsrailin dünya səhnəsindəki qeyri-müəyyən mövqeyini daha da pisləşdirir. “Dünyada heç kim İsrailin nə istədiyini başa düşmür. Strategiya nədir? Son mənzərə necədir? Qaçırılanları necə geri qaytarırıq? Müharibəyə necə son qoyuruq?”, - Yair Lapid “Ynet” nəşrinə müsahibəsində deyib. Siyasətçi bildirib ki, Qəzzaya hücum qərarı verən İsrailin baş naziri Binyamin Netanyahu “diletant kimi, səliqəsiz və təkəbbürlü” hərəkət edir, sonra isə “İsrailə qarşı beynəlxalq təcrid var” ifadəsini qışqırır.

İsrail Qəzzada hücuma başlayıb | VİDEO

2022-ci ilin iyulundan dekabr ayına qədər baş nazir vəzifəsini icra emiş müxalif siyasətçi İsrailin Qəzzada hərbi strategiyasından danışarkən qeyd edib ki, “əməliyyat başlayıb, amma bunun necə bitəcəyini heç kim bilmir”. - Ən ehtiyatlı hesbalamalar bunun 2026-cı ilə qədər davam edəcəyini göstərir. Onların planı nədir? Biz Qəzzada əbədi döyüşəcəyikmi? Bunun heç bir mənası yoxdur. İşlədiyim bütün illər ərzində heç vaxt siyasi məqsədi olmayan hərbi əməliyyat barədə eşitməmişəm”, - Yair Lapid vurğulayıb. Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin Müdafiə naziri ÇAXAL-ın Qəzzaya hücuma başladığı barədə social şəbəkələrdə paylaşım edib. Bir qədər sonra İsrailin baş naziri Binyamin Netanyahu korrupsiya məhkəməsində ifadə verməzdən əvvəl HƏMAS-ı məğlub etmək üçün Qəzza şəhərinə hücumun başladığını təsdiqləyib. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
azvision.az

2Sources