EN

“Bu xəbərləri haradan çıxarırlar, utanmırlar” – Məlahət İbrahimqızı

“Mənim səhhətimlə bağlı hər şey qaydasındadır. Heç bilmirəm belə xəbərləri haradan çıxarılar. Ayağım sınmayıb və normal yeriyirəm. İşlərimə davam edirəm”.

Bunu Musavat.com-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı ayağının sınması ilə bağlı xəbərə reaksiya verərkən deyib. Deputat deyib ki, yazılanlar həqiqəti əks etdirmir:


“5 il bundan qabaq gözlərimi əməliyyat etdirmişəm. Bununla bağlı xəbər yazsalar, təəccüblənmərəm. Utanmırlar, aylar öncə olan köhnə bir hadisəni yeni məlumat kimi təqdim edirlər. İşimin başındayam, narahat olmayın”, -deyə M. İbrahimqızı deyib.


Qeyd edək ki, Manset.az xanım deputatın yıxılaraq ayağını sındırdığını yazıb. Bildirib ki, o, ayağını sındırdığına görə Milli Məclisin plenar və komitə iclaslarında iştirak edə bilmir.

Şahanə Rəhimli
Musavat.com

Chosen
49
2
musavat.com

3Sources