EN

Ləğv edilmiş bankların əmlakları satışa çıxarılır

08 oktyabr 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  “Qafqaz İnkişaf Bankı” ASC və “NBCBank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. 

“NBCBank”a məxsus əmlak  Şamaxı rayonu, Məlhəm kəndində 0.12 ha torpaq sahəsində yerləşən, 464.20 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evidir. İlkin satış qiyməti 200 min manatdır.

 “Qafqaz İnkişaf Bankı” ASC-yə məxsus əmlak isə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllə, ev 2- yeni qaydalarla AZ1108, Bakı şəhəri, Binəqədi rayonu Əсəmi Naxçıvani küçəsi, 147A ünvanında yerləşən 1182.90 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsidir. Yaşayıs sahəsnin ilkin satış qiyməti 2 milyon 500 min manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67

Elanın yerləşdirilmə tarixi: 08.09.2025

Chosen
14
fed.az

1Sources