Çılpaq günəş vannası qəbul etməyin qanuni olduğu Playalinda çimərliyinin SpaceX raket sınaqları səbəbiylə ildə 60 dəfə bağlana biləcəyi iddia edildi.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İlon Maskın kosmik şirkəti SpaceX Floridadakı Kennedi Kosmik Mərkəzində öz Starship raketinin buraxılış qabiliyyətini genişləndirməyi planlaşdırır. Lakin planlaşdırılan genişlənmə gözlənilməz müxalifətə səbəb oldu: nudistlər.
Çılpaq günəş vannası qəbul etməyin qanuni olduğu Playalinda çimərliyinin raket sınaqları səbəbindən ildə 60 dəfə bağlana biləcəyi iddiası ekoloqlar, yerli sakinlər və nudist icmaların sərt tənqidinə səbəb olub.