Polşada yaşayış binası pilotsuz uçan aparatdan deyil, “F-16” döyüş təyyarəsindən atılan raketlə vurulub.
Qaziler.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Rzeczpospolita” məlumat yayıb.
Nəşrin yazdığına görə, prokurorluq Lüblinin Vıqrıki kəndində yaşayış binasının üzərinə düşən “naməlum uçan obyekt”in dağıntıları haqqında məlumatı gizlədib. “Rzeczpospolita”nın məlumatına görə, bu, Polşanın “F-16” qırıcısından PUA-ya atılan raket ola bilər və raketin bələdçi sistemində nasazlıq yarandığı iddia edilir.
QAZİLER.AZ